Publication:
Müasir Azərbaycanda Boşanmaların Sayının Artması və Bu Problemlərə Gətirib Çıxaran Səbəblər

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

ADA University, Gazakh Center

Research Projects

Organizational Units

Journal Issue

Abstract

Azərbaycan cəmiyyətində ailə institutunun mərkəzi rolu nəzərə alındıqda, bu tendensiyanın daha dərindən araşdırılması mühüm əhəmiyyət daşıyır. Əsrlər boyu ailə birliyi Azərbaycan cəmiyyətinin təməl sütunlarından biri olmuş, evlilik isə sabitlik, harmoniya və sosial bağlılıq kimi dəyərləri əks etdirmişdir. Bununla belə, son illərdə baş verən iqtisadi, sosial və mədəni dəyişikliklər bu ənənəvi qurumu ciddi şəkildə sınağa çəkir. Statistik məlumatlara görə, boşanma hallarının sayı 2000-ci ildən 2023-cü ilə qədər dörd dəfədən çox artmışdır ki, bu da həm ailə dəyərlərində, həm də fərdi münasibətlərdə əsaslı dəyişikliklərin göstəricisidir. Bu artım bir çox mürəkkəb faktordan qaynaqlanır. Sosial liberallaşma və demokratikləşmə fərdlərə daha çox avtonomiya qazandıraraq ənənəvi ailə modellərindən uzaqlaşmağa şərait yaratmışdır. Bununla yanaşı, sosial medianın genişlənməsi, qlobal trendlərin yerli cəmiyyətə təsiri və boşanma prosedurlarının hüquqi olaraq sadələşdirilməsi də boşanma hallarının artmasını stimullaşdıran mühüm amillərdən olmuşdur. Xüsusilə şəhər yerlərində baş verən sosial və mədəni dəyişikliklər ailə institutuna təsir göstərərək, cütlüklər arasında gərginlik və münasibətlərin yenidən formalaşması ilə nəticələnmişdir. Sosial media kimi platformalar, bir tərəfdən, fərdi azadlıqları təşviq etsə də, digər tərəfdən, münasibətlərdə reallıqdan uzaq gözləntilər və ünsiyyət problemlərinə səbəb olmuşdur.

Description

Keywords

Divorce -- Azerbaijan -- Statistics, Azerbaijan -- Social conditions -- 21st century, Family -- Social aspects -- Azerbaijan, Public and International Affairs, Boşanma -- Azərbaycan -- Statistika, Azərbaycan -- Sosial şərait -- 21-ci əsr, Ailə -- Sosial aspektlər -- Azərbaycan, İctimai və Beynəlxalq Münasibətlər

Citation

Endorsement

Review

Supplemented By

Referenced By