Publication: Xüsusi İstedadlı Şagirdlərin Akademik Nailiyyətlərinə Təsir Edən Amillər
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
Tədqiqat işinin məqsədi xüsusi istedadlı şagirdlərin akademik nailiyyətlərinə təsir edən amilləri, araşdırmaqdır. İşdə keyfiyyət metodologiyası çərçivəsində situasiya çalışması (case study) yanaşmasından və yarı-strukturlaşdırılmış müsahibə üsulundan istifadə olunmuşdur. İştirakçılar 2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzinin dinləyicisi olan, məqsədli seçmə yolu ilə müəyyənləşdirilmiş 11 şagirddən ibarətdir. Müsahibələr valideyn və şagirdlərin razılığı ilə səsyazma vasitəsilə qeydə alınmış, datalar isə tematik təhlil yolu ilə təhlil edilmişdir. Nəticələr göstərir ki, şagirdlərin fərdi xüsusiyyətləri, məktəb, ailə, dövlət dəstəyi və sosial çevrə onların nailiyyətlərinə əhəmiyyətli təsir edən amillərdir. Məktəbin növü, rəhbərliyin dəstəyi, dərslərin keyfiyyəti və müəllimlərin rolu xüsusilə önəmlidir.
