Publication:
Uşaq və Ailə Dəstək Planları : İnklüziv təhsil üzrə müəllim inkişafı proqramları

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

“Regional İnkişaf” İctimai Birliyi

Research Projects

Organizational Units

Journal Issue

Abstract

Bu kitabça “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması proqramları”na əlavə olaraq UNİCEF və RİİB üçün tərtib edilmişdir. “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması proqramları” Azərbaycanda müəllimlərin inklüziv siniflərdə tədris etmək imkanları və səriştələrinin artırılması məqsədilə hazırlanmışdır. Sözügedən proqramların əsas hədəfi həm ümumi və xüsusi təhsil sistemində çalışan müəllimlər, həm də bu sahələr üzrə təhsil alan tələbələrdir. Bir sıra praktik bölmələr artıq müəllim kimi çalışan və müəllimlik ixtisası üzrə təhsil alanların inkişafı üçün innovativ yanaşmalar, bərabər hüquqlara əsaslanan inklüziv təhsilin əsas konseptləri, inklüziv və əməkdaşlığa əsaslanan məktəb mədəniyyətinin inkişaf etdirilməsi və inklüziv təlim mühiti və dərslərin hazırlanmasına bələdçilik edir. “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması proqramları”nın 4.9-cu bölməsi “Uşaq və Ailə Dəstək Planlarını” təqdim edir. Bu yanaşmanın Azərbaycanda tamamən yeni olmasını nəzərə alaraq “Uşaq və Ailə Dəstək Planları” üzrə daha ətraflı məlumat təqdim etmək üçün əlavə kitabçanın hazırlanması qərarına gəldik. Müəllimlərin təlimçiləri «Uşaq və Ailə Dəstək Planları” üzrə təlim sessiyalarını hazırlayarkən və ya təlim iştirakçılarını daha geniş məlumatlanmaq istədikdə bu kitabçadan istifadə edə bilərlər.

Description

Keywords

Citation

Endorsement

Review

Supplemented By

Referenced By