Publication:
Ruhən şəhid ANAnın NURLANmış xatirələri

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

"Gənclik" nəşriyyatı

Research Projects

Organizational Units

Journal Issue

Abstract

Adətən kitablara ön sözü tanınmış filoloqlar, ədəbiyyatçılar və ya tənqidçilər yazarlar. Lakin bu kitab mənim Nurlan haqqında xatirələrim olduğu üçün, ön sözü də özüm yazıram. Kitab canımın bir yarısı olan Oğlum Nurlan və eyni zamanda Azərbaycanın Zəfər tarixinə adını qızıl hərflərlə yazmış Xüsusi Təyinatlı Qüvvələrin Kapitanı Şəhid Nurlan Mustafayev haqqındadır. 2020-ci ilin 44 günlük Zəfər müharibəsi bizi bütün dünyaya tanıtdı. Azərbaycan bu müharibədəki qələbəsi ilə özünü bir millət, bir dövlət kimi təsdiq etdi. Böyük Zəfər idi, Böyük Qələbə idi. Lakin heç də ucuz başa gəlmədi, heççç... 3000-ə yaxın Şəhid, 1000-dən çox qazi, yüzlərlə psixoloji travma almış müharibə iştirakçısı və nəhayət həmişə dediyim kimi "hər Şəhidin arxasınca Şəhid olan Analar" - bu müharibənin xalqımıza vurduğu sağalmaz yara, ağır zərbə idi. Kitabda, mənim və Nurlana yaxın olan insanların Nurlan haqqında xatirələri yer alıb. Hərbçi olduğu üçün yanımda çox az oldu. Məndən kənarda böyüdü. Çalışmışam ki Onun haqqında yadımda qalan hər bir xatirəni qələmə alım. Qısa ömründən qalan hər bir xatirəni... Kimin üçünsə əhəmiyyətsiz görünəcək xatirəni belə qaçırmamağa cəhd etmişəm.

Description

Keywords

Martyrs - Azerbaijan - Biography, Soldiers - Azerbaijan - Biography, Azerbaijan - History, Şəhid Nurlan Mustafayev

Citation

Endorsement

Review

Supplemented By

Referenced By