Publication: Azərbaycanda Ədəbi Məktəblər (1905-1917)
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
Azərbaycan ədəbiyyatının və elminin inkişafında müstəsna xidmətləri olan əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin bu kitabı onun doktorluq dissertasiyası əsasında hazırlanmışdır. Kitabda 1905-1917-ci illərdə formalaşan və ədəbiyyatımızın sonrakı təkamülündə mühüm rol oynayan ədəbi məktəblərin ideya-estetik platforması, ədəbi metod və üslub özünəməxsusluğu ilk dəfə olaraq sistemli, monoqrafik planda təhlil olunmuşdur. Həmçinin mövzu ilə əlaqədar olaraq XX əsr Azərbaycan ədəbiyyatının həm realist, həm də romantik qolunu təmsil edən bir sıra görkəmli sənətkarların yaradıcılığı geniş elmi təhlilini tapmışdır. Ümumilikdə bu dövrun ədəbiyyatının inkişaf istiqaməti və xarakteri haqqında müfəssəl təsəvvür yaradılmış, orijinal nəzəri mülahizələr söylənilmişdir
