Publication:
Mir Cəlal: Biblioqrafiya

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

''Adiloğlu'' nəşriyyat

Research Projects

Organizational Units

Journal Issue

Abstract

Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın Əməkdar Elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayev haqqında tərtib olunmuş bu biblioqrafiya ədibin həyat və yaradıcılığının 1926-cı ildən 2005-ci il avqust ayına qədər оlan bir dövrü əhatə edir. Mir Cəlal Paşayev haqqında ilk göstərici 1968-ci ildə ədibin 60 illiyi münasibətilə Azərbaycan EA-nın Əsaslı kitabxanası tərəfindən, ikinci göstərici isə 1998-ci ildə ədibin 90 illiyi münasibətilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunmuşdur. Yenidən işlənmiş və əlavələr edilmiş “Mir Cəlal” adlı bu elmi köməkçi göstəricidə nəzərdən qaçan materiallar, buraxılan səhvlər düzəldilmiş, 1998-ci ildən 2005-ci il avqust ayına qədər dərc olunmuş materiallar əhatə edilmişdir. Göstəricidə ədibin kitabları, dövrü mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, uşaqlar üçün işlədiyi kitablar, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, rəhbərlik etdiyi dissertasiyalar, rus və başqa dillərdə çap olunmuş əsərləri, habelə ədibin həyat və yaradıcılığını əks etdirən bütün nəşrlər verilmişdir. Mir Cəlalın yaradıcılığının samballılığını nəzərə alaraq biblioqrafiyada materiallar xronoloji qaydada verilmişdir. Göstəricidə bütün ədəbiyyat aşağıdakı əsas bölmələr altında qruplaşdırılmışdır: I. Mir Cəlalın həyat və yaradııcılığının əsas tarixləri. II. Əsərləri. Azərbaycan dilində. III. Mir Cəlalın həyat və yaradıcılığı haqqında. IV. Əsərləri. Rus dilində. V. Başqa dillərdə. VI. Köməkçi göstəricilər. Rus dilində materialların çoxluğunu nəzərə alaraq “Başqa dillərdə” bölməsində deyil, ayrıca verilmişdir.

Description

Keywords

Pashayev, Mir Jalal, 1926-2005 -- Bibliography, Mir Cəlal Paşayev -- Life and works, Azerbaijani writers — Biography, Azerbaijani literature -- 20th century

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By