Publication:
Liseylərdə Fizikadan Yeni Qiymətləndirmə Effektivliyi

Loading...
Thumbnail Image

Journal Title

Journal ISSN

Volume Title

Publisher

ADA University

Research Projects

Organizational Units

Journal Issue

Abstract

Bu məqalə liseylərdə fizika fənninin tədrisində yeni qiymətləndirmə modelinin effektivliyindən bəhs edir. Məlumdur ki, qiymətləndirmə təhsil sisteminin əsas komponentlərindən biridir və şagirdlərin öyrənmə prosesini düzgün şəkildə qiymətləndirərək onların motivasiyasını və öyrənmə performansını artıra bilər. Araşdırmalar iki fərqli təhsil müəssisəsində ümumilikdə 209 şagirdin daxil olduğu nümunə qrupunun məlumatları təhlil olunmuşdur. Tədqiqat prosesində Blum taksanomiyasına uyğun qiymətləndirmə standartları tərtib olunmuş və onun əsasında yeni qiymətləndirmə modeli tətbiq edilmişdir. Araşdırmada məlumatları analiz etmək üçün t-testi kimi statistik metodlardan istifadə edilmişdir. Eksperimental qrupda tətbiq olunan yeni qiymətləndirmə modeli VII və X siniflərdə tətbiq olunmuş və şagirdlərin mənimsəmə səviyyəsini artırmışdır. Belə ki, eksperimental qruplarda olan şagirdlər fizika fənni üzrə tapşırıqların həlli zamanı daha az səhv etmiş və nəzarət qruplarına nisbətən daha yaxşı nəticələr əldə etmişlər. Müstəqil t-testi (p=0.000) nəzarət və eksperimental qruplar arasında statistik olaraq mühüm fərqlərin olduğunu təsdiqləyir. Məqalə yeni qiymətləndirmə modelinin liseylərdə fizikadan şagirdlərin öyrənmə prosesini daha effektiv və məqsədəuyğun şəkildə qiymətlətləndirəcəyini təklif edir. Bu araşdırma ilə liseylərdə fizika fənni üzrə yeni qiymətləndirmə modelinin tətbiqi ilə bağlı araşdırmanın nəticələri bu yanaşmanın effektivliyini dəstəkləyir. Nəticə olaraq yeni qiymətləndirmə modelinin liseylərdə sistemli tətbiqinin təhsilin keyfiyyətini yaxşılaşdıracağı vurğulanmışdır.

Description

Keywords

Formative assessment, Lyceum, Standards

Citation

Şərifov, Q. (2023). Liseylərdə Fizikadan Yeni Qiymətləndirmə Effektivliyi [Conference paper]. 6th ADA Edu Conference Proceedings: Rethinking the Enlightenment, Bakı, Azərbaycan. ADA Library Digital Repository: http://hdl.handle.net/20.500.12181/1079

Endorsement

Review

Supplemented By

Referenced By