Publication:
Abşeron Rayonu Mehdiabad Qəsəbəsində Məktəblərdə Şagird Sıxlığının Yaranma Səbəbləri və Həlli Yolları

Research Projects

Organizational Units

Journal Issue

Abstract

Bu layihə Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi təhsil məktəblərində müşahidə olunan şagird sıxlığı problemini siyasət-yönümlü və analitik çərçivədə araşdırmışdır. Aparılmış təhlil nəticəsində müəyyən edilmişdir ki, qəsəbədəki məktəblərin əksəriyyətində siniflər üzrə şagird sayı normativ hədləri əhəmiyyətli dərəcədə aşmış, növbəlilik geniş yayılmış, həmçinin yardımçı məkanların sinif otağı kimi istifadəsi tədrisin keyfiyyətinə və şagird rifahına əlavə təzyiq yaratmışdır. Nəticələr problemin təkcə infrastruktur çatışmazlığı ilə məhdudlaşmadığını, eyni zamanda planlaşdırma və idarəetmədəki struktur boşluqların təsiri ilə dərinləşdiyini göstərmişdir.

Layihənin məqsədi Mehdiabadda şagird sıxlığının miqyasını və kök səbəblərini sistemli şəkildə müəyyənləşdirmək və yerli reallıqlara uyğun, icra oluna bilən siyasət variantları üçün elmi əsas formalaşdırmaq olmuşdur.

Təhlil problemin üç səbəb bloku üzrə formalaşdığını ortaya qoymuşdur: sürətli demoqrafik artım və plansız urbanizasiya, mövcud təhsil infrastrukturunun fiziki tutum məhdudiyyətləri, eləcə də torpaq-planlaşdırma ilə təhsil qərarları arasında institusional koordinasiya çatışmazlığı.

Metodologiya qarışıq metodlar yanaşmasına əsaslanmış; sahə müşahidələri, məktəb rəhbərliyi və valideynlərlə strukturlu müsahibələr, təhsil və urbanizasiya üzrə yarı-strukturlaşdırılmış ekspert müsahibələri, habelə normativ sənədlər və beynəlxalq təcrübənin təhlili ilə triangulyasiya edilmişdir.

Qiymətləndirmə nəticələri Mehdiabad üçün ən məqsədəuyğun seçim kimi qabaqlayıcı planlama alətlərini, qısamüddətli çevik həlləri və gücləndirilmiş institusional koordinasiyanı birləşdirən inteqrə olunmuş siyasət paketinin tətbiqini əsaslandırmışdır.

Description

Keywords

Şagird sıxlığı, Təhsil infrastrukturu, Məktəb tutumu, Məktəb planlaşdırılması, Demoqrafik artım, Urbanizasiya

Citation

Endorsement

Review

Supplemented By

Referenced By