Təhsil Xidmətləri Bazarında Marketinq Xidmətinin Təşkili Yolları

dc.contributor.authorHacıyeva, Zibeydə
dc.date.accessioned2025-09-15T09:02:13Z
dc.date.available2025-09-15T09:02:13Z
dc.date.issued2025-05
dc.description.abstractTəhsil xidmətləri bazarında marketinqin əhəmiyyətini və onun effektiv təşkilinin xidmətin keyfiyyəti, tələbə axını və təhsil müəssisələrinin uğurlu fəaliyyəti ilə əlaqəsini araşdırmaqdır. Təhsil müəssisələrində marketinq xidmətlərinin təşkili yolları ilə bağlı olan tədqiqat keyfiyyət metodunun fenomenologiya yanaşması vasitəsilə aparılmışdır. Təhsil xidmətləri bazarı üçün marketinq xidmətlərinin əsas məqsəd və vəzifələrinin müəyyən edilməsi məqsədilə data toplama texnikası - müsahibə protokolundan istifadə edilmişdir. Tədqiqatın iştirakçıları 2024-2025 tədris ilində Gəncə-Qazax regionunda yerləşən iki ali təhsil müəssisəsində rəhbər vəzifələrdə çalışan və orada təhsilalan tələbələrdir. Müsahibə 11 nəfər arasında aparılmışdır. Məlumatların təhlili üçün məzmun təhlili metodundan istifadə edilmişdir. Aparılan data təhlili göstərdi ki, təhsil xidmətləri bazarında marketinq xidmətlərinin təşkili yalnız informasiya paylaşımı ilə məhdudlaşmamalı, strateji idarəetmə ilə inteqrasiya olunmalıdır. Marketinq, ali təhsil müəssisələrinin rəqabət qabiliyyətini artırmaq, tələbə cəlbini gücləndirmək və əmək bazarına uyğun proqramlar hazırlamaq baxımından həlledici əhəmiyyət daşıyır. Sosial media və rəqəmsal platformaların rolu isə bu prosesin ayrılmaz hissəsinə çevrilmişdir. Tədqiqatdan əldə olunan nəticələr göstərir ki, sosial media təhsil müəssisələrinin tələbələrlə effektiv ünsiyyət qurması, özünü tanıtması və tələbələrin ehtiyac və maraqlarını qarşılamaq baxımından strateji bir vasitədir. Bu səbəbdən, universitetlər öz sosial media siyasətini tələbə mərkəzli, davamlı və məzmun baxımından zəngin formada qurmalıdırlar. Bu nəticələr göstərir ki, ali təhsil müəssisələri dəyişən bazar şərtlərinə uyğunlaşmaq və rəqabətə davamlı olmaq üçün marketinq xidmətlərini sistemli və məqsədyönlü şəkildə təşkil etməlidirlər. Təhsil sektorunda uğurlu marketinq strategiyası üçün həm daxili strukturun təkmilləşdirilməsi, həm də xarici kommunikasiya alətlərinin peşəkar şəkildə idarə olunması vacibdir. Gələcəkdə bu istiqamətdə rəqəmsallaşma, fərdiləşdirmə və süni intellekt texnologiyalarının daha geniş tətbiqi gözlənilir. Beləliklə, uğurlu marketinq strategiyası yalnız tələbə cəlbetmə prosesinə deyil, eyni zamanda tələbələrin uzunmüddətli məmnunluğuna, bağlılığına və təhsil müəssisəsinin ictimai imicinə müsbət təsir göstərə bilər.en_US
dc.identifier.urihttp://hdl.handle.net/20.500.12181/1469
dc.language.isoazen_US
dc.publisherADA University, Gazakh Centeren_US
dc.rightsAttribution-NonCommercial-NoDerivs 3.0 United States*
dc.rights.urihttp://creativecommons.org/licenses/by-nc-nd/3.0/us/*
dc.subjectEducation, Higher -- Marketing.en_US
dc.subjectEducational institutions -- Public relations.en_US
dc.subjectStudent recruitment -- Higher education.en_US
dc.subjectUniversities and colleges -- Administration.en_US
dc.titleTəhsil Xidmətləri Bazarında Marketinq Xidmətinin Təşkili Yollarıen_US
dc.typeThesisen_US
dcterms.accessRightsOnly ADA University Community Use (Abstract with internal full text use privilege)

Files