Publication:
Ümumtəhsil Məktəb Müəllimlərinin Akademik Nikbinliklərinin Tədqiqi

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

ADA University, Gazakh Center

Research Projects

Organizational Units

Journal Issue

Abstract

Bu tədqiqat orta məktəblərdə fəaliyyət göstərən müəllimlərin akademik nikbinlik səviyyəsini müəyyən edən ölçülərin (öz-yetərlilik, inam və akademik vurğu) fərqli demoqrafik dəyişkənlərin təsiri ilə dəyişiklik göstərib-göstərmədiyini müəyyən etmək məqsədilə aparılıb. Tədqiqat kəmiyyət metodologiyası çərçivəsində istifadə edilən anket sorğuları vasitəsilə həyata keçirilib. Araşdırmanı reallaşdırmaq məqsədilə data toplamaq üçün mövcud ədəbiyyat ətraflı təhlil olunaraq, 2 bölmədən, 5 ballıq Likert şkalasından və 13 maddədən ibarət olan sorğu aləti hazırlanıb. Daha sonra Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən orta məktəblərdə işləyən 402 nəfər müəllimdən ibarət nümunə qrup sorğuya cəlb edilib. Anket sorğusundan əldə edilən nəticələri əvvəlcə t-testi daha sonra isə One-way Anova testi vasitəsilə statistik analiz edilib. Tədqiqatın nəticəsində müəllimlərin akademik nikbinlik səviyyəsini müəyyən edən komponentlərdən ən yüksək amilin akademik vurğu olduğu müəyyən edilib. Daha sonra isə cins, yaş, pedaqoji təcrübə və şagird sayı kimi demoqrafik dəyişkənlərin müəllimlərin akademik nikbinliyinə hər hansı təsirinin olub-olmaması müəyyən edilib.

Description

Keywords

Teachers -- Attitudes -- Azerbaijan, Education -- Psychological aspects -- Azerbaijan, Azerbaijan -- Educational research, Teachers -- Job satisfaction -- Azerbaijan, Education, Müəllimlər -- Münasibətlər -- Azərbaycan, Təhsil -- Psixoloji aspektlər -- Azərbaycan, Azərbaycan -- Təhsil tədqiqatları, Müəllimlər -- İşdən məmnunluq -- Azərbaycan, Təhsil

Citation

Endorsement

Review

Supplemented By

Referenced By