Publication:
Direktorların Sahib Olduğu Məktəb Liderliyi Standartları

Loading...
Thumbnail Image

Journal Title

Journal ISSN

Volume Title

Publisher

ADA University, Gazakh Center

Research Projects

Organizational Units

Journal Issue

Abstract

Bu tədqiqat Qazax-Tovuz regional təhsil idarəsi nəzdində fəaliyyət göstərən Ağstafa, Tovuz və Şəmkir rayonlarının ümumi orta və tam orta təhsil müəssisələrində çalışan müəllimlər ilə aparılıb. Tədqiqatın məqsədi Azərbaycanda məktəb direktorlarının liderlik bacarıqlarının ISLLC standartlarına uyğunluğunu müəllimlərin fikirlərinə əsasən araşdırmaqdır.
Bu tədqiqatda Aras (2013) tərəfindən hazırlanmış 60 suallıq anket sorğusunun pilot sorğusu keçirililmiş və daha sonra SPSS proqramı ilə analiz edilmişdir. Nəticədə təkrarlanan, oxşar olan suallar çıxarılmış və 39 suala endirilmişdir. Tədqiqatın məlumatları 440 müəllimin cavabından ibarətdir. Tədqiqat zamanı bütün analizlər üçün SPSS proqramından istifadə edilmişdir. Toplanılan məlumatların orta dəyərləri 4,12 ilə 4,34 arasında dəyişib. 5-li likert şkalasından istifadə edilən tədqiqatın ən yüksək balının 5 olduğu nəzərə alındıqda, müəllimlərin direktorların sahib olduğu liderlik standartlarına aid fikirlərinin orta səviyyədə olduğu məlum olur. Ən yüksək ədədi orta dəyərə 1-ci standart olan vizyon başlığı altında olan suallara verilən cavablar hesab olunur. Belə ki, alınan nəticədən aydın olur ki, məktəb direktoru şagirdmərkəzli öyrənmə sistemini mərkəzdə tutmaqla, onların akademik naliyyətlərini yüksəltməsi üçün məktəbdə həmin istiqamətdə tədbirlər görməli, eyni zamanda direktorun məktəbin illik strateji planını gözdən keçirmələri məqsədəuyğun hesab olunur. Ümumiyyətlə, Azərbaycanda məktəb direktorlarının sahib olduğu liderlik standartlarının ISLLC standartlarına əsasən uyğunluğunu müəyyənləşdirməyi hədəfləyən tədqiqatın nəticəsi ümumi olaraq orta səviyyədə dəyərləndirilir.

Description

Keywords

School leadership -- Standards -- Teacher perceptions., Educational administration -- Leadership -- School principals., School principals -- Leadership -- Standards, Leadership -- Educational aspects --School management., School management and organization -- Leadership standards -- Teacher involvement., Azerbaijan -- Education -- Leadership standards, Education, Məktəb rəhbərliyi -- Standartlar -- Müəllim qavrayışları., Təhsil idarəçiliyi -- Liderlik -- Məktəb direktorları., Məktəb direktorları -- Liderlik -- Standartlar, Liderlik -- Təhsil aspektləri -- Məktəbin idarə edilməsi., Məktəbin idarə edilməsi və təşkili -- Liderlik standartları -- Müəllimlərin iştirakı., Azərbaycan -- Təhsil -- Liderlik standartları, Təhsil

Citation

Endorsement

Review

Supplemented By

Referenced By