Publication: Ümumi Orta Təhsilin Rəqəmsallaşmasında Yaranmış Məhdudiyyətlər
Date
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
Müasir dövrdə baş verən sürətli rəqəmsal inkişaf və yeni texnologiyaların formalaşması, insan həyatının ən vacib sahələrindən biri sayılan təhsil sahəsinə mühüm təsir göstərir və bu texnologiyaların təhsil prosesində effektiv tətbiqi məsələsini aktuallaşdırır. XXI əsrin tələbləri təhsil sistemini yalnız bilik ötürən institut kimi deyil, həm də fərdlərin müasir dövrün tələblərinə uyğun bacarıqlarına malik şəxslər kimi formalaşdıran bir mühit kimi formalaşır.
Bu tədqiqatın məqsədi Azərbaycand ümumi orta təhsil sistemində rəqəmsallaşma prosesinin və bu proses zamanı qarşılaşılan çətinliklərin təhlil edilməsi və həll yollarının təklif edilməsidir. Tədqiqat rəqəmsal resursların təsiri ilə yanaşı, müəllimlərin resurslardan istifadəsini təhlil edilməsini hədəfləyir. Tədqiqat çərçivəsində hazırda Azərbaycan təhsil sistemində rəqəsallaşma prosesində mövcud məhdudiyyətlər, keçirilmiş sorğu və təhlil nəticələri, təklif olunan siyasi alternativlər və onların qiymətləndirilməsi əks olunub.
Azərbaycan təhsil sistemində rəqəmsallaşma prosesinin effektivliyi məqsədilə həyata keçirilən tədbirlərə baxmayaraq, rəqəmsallaşmanın tətbiqində müəyyən çətinliklər mövcuddur. Çətinliklər sırasında təhsil müəssisələrində infrastruktur məhdudiyyətləri, müəllimlərin rəqəmsal bacarıqlarının kifayət qədər olmaması və rəqəmsal sahədə ixtisaslı kadrların məhdudluğu qeyd olunur. Bu çətinliklər təhsil sistemində rəqəmsallaşma prosesinin müasir rəqəmsal inkişafa uyğun həyata keçirilməsinə əngəl yaradır.
İnfrastruktur imkanlarının gücləndirilməsi, təhsilverənlərin rəqəmsal bilik və bacarıqlarının artırılması, həmçinin bu sahədə kadr potensialının gücləndirilməsi rəqəmsallaşma prosesinin effektiv həyata keçirilməsi üçün vacib amillərdir. Müasir texnoloji avadanlıqlar və davamlı internet şəbəkəsi müəllimlərin tədris prosesində rəqəmsal resurslardan istifadəsi üçün imkan yaradır. Müəllimlərin rəqəmsal bilik və bacarıqlarının artırılması rəqəmsallaşma prosesinin effektiv həyata keçirilməsini təmin edir. Kadr potensialının gücləndirilməsi isə bu istiqamətdə mütəxəssislərin formalaşmasını və bu prosesin daha sürətli həyata keçirilməsi üçün imkan yaradır. Bu amillərin birlikdə kompleks şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Tədqiqat zamanı mövzuya dair müxtəlif yerli və beynəlxalq mənbələr təhlil edilib, həmçinin məlumatların toplanılması və mövzunun təhlili üçün Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə müsahibələr və müxtəlif şəhər və rayonlarda çalışan müəllimlər arasında sorğu keçirilmişdir.
