Publication:
Tam Orta Təhsil və Ali Təhsilə Qəbul Sistemi Arasında Funksional Uyğunsuzluq - Azərbaycan Kontekstində

Research Projects

Organizational Units

Journal Issue

Abstract

Bu capstone tədqiqatı Azərbaycan kontekstində tam orta təhsil və ali təhsilə qəbul sistemi arasında mövcud olan funksional uyğunsuzluğu araşdırır və bu problemin struktur səbəblərini təhlil edir. Bu tədqiqatda “funksional uyğunsuzluq” anlayışı tam orta təhsil sistemində formalaşdırılan bilik və bacarıqlar ilə ali təhsilə qəbul prosesində ölçülən tələblər arasında mövcud olan tədris–qiymətləndirmə və seçim mexanizmləri səviyyəsindəki uyğunsuzluğu ifadə etmək üçün istifadə olunur. Tədqiqatın əsas məqsədi məktəb təhsilinin ali təhsilə hazırlıq funksiyasının niyə zəiflədiyini müəyyən etmək və bu uyğunsuzluğun aradan qaldırılması üçün siyasət yönümlü həll yollarını qiymətləndirməkdir. Araşdırma göstərir ki, məktəb kurikulumlarında nəzərdə tutulan kompetensiya əsaslı yanaşma ilə ali təhsilə qəbul imtahanlarında ölçülən tələblər arasında ciddi fərqlər mövcuddur. Bu uyğunsuzluq məktəbin funksional rolunu zəiflədir və şagirdlərin ali təhsilə hazırlıq prosesində məktəbdənkənar alternativ mexanizmlərə yönəlməsinə səbəb olur. Tədqiqat çərçivəsində problemin əsas səbəbləri kimi qəbul modelinin məhdudluğu, məktəbdaxili tədrisin dərinləşmə və fərdiləşmə imkanlarının yetərsizliyi, eləcə də müəllim motivasiyası və institusional stimulların zəifliyi müəyyən edilmişdir. Metodoloji baxımdan tədqiqat qarışıq metod yanaşmasına əsaslanır. Araşdırma çərçivəsində 700-dən çox müəllimin iştirakı ilə onlayn sorğu keçirilmiş, iki ali məktəb müəllimi ilə şəxsi müsahibə aparılmış və rəsmi normativ sənədlər təhlil edilmişdir. Əldə olunan empirik və nəzəri nəticələr əsasında üç əsas siyasət alternativi formalaşdırılmış və effektivlik, səmərəlilik, ədalətlilik, reallaşdırma imkanı və elastiklik meyarları üzrə qiymətləndirilmişdir. Müqayisəli təhlil nəticəsində ən uyğun siyasət alternativi kimi ali təhsilə qəbulun çoxkomponentli model əsasında yenidən formalaşdırılması müəyyən edilmişdir. Bu model məktəbdaxili qiymətləndirmə, şagird portfolioları və mərkəzləşdirilmiş imtahanın balanslı şəkildə birləşdirilməsini nəzərdə tutur və məktəb təhsilinin qəbul prosesində real dəyər qazanmasını təmin edir. Məktəbdaxili fənn dərnəkləri və müəllim motivasiyasını gücləndirən institusional stimullar isə bu əsas modelin effektivliyini artıran tamamlayıcı mexanizmlər kimi tövsiyə olunur. Nəticə etibarilə, tədqiqat sübut edir ki mövcud problem məktəbin öz mahiyyətindən deyil, məktəb ilə ali təhsilə qəbul sistemi arasında qurulmuş əlaqənin zəifliyindən qaynaqlanır. Təklif olunan inteqrə edilmiş siyasət yanaşması məktəbin ali təhsilə aparan əsas və etibarlı hazırlıq mərhələsi kimi rolunun bərpası üçün praktik və dayanıqlı həll yolu təqdim edir.

Description

Keywords

Ali təhsilə qəbul sistemi, Tam orta təhsil, Təhsil siyasəti, Təhsil islahatları, Təhsil–qiymətləndirmə uyğunluğu, Kompetensiya əsaslı kurikulum, Təhsil idarəçiliyi, Azərbaycan təhsil sistemi

Citation

Endorsement

Review

Supplemented By

Referenced By