Publication:
Mədəniyyətin Təhsildə Sosial-Emosional Liderliyə Təsiri

Loading...
Thumbnail Image

Journal Title

Journal ISSN

Volume Title

Publisher

ADA University

Research Projects

Organizational Units

Journal Issue

Abstract

Sosial-Emosional Öyrənmə (SEÖ) şagirdlərin akademik nailiyyətləri ilə yanaşı, onlarda pozitiv əhval-ruhiyyənin əhəmiyyətinə də diqqət çəkdiyi üçün pedaqoji tədqiqatların maraq obyektinə çevrilmişdir. Son zamanlarda, xüsusilə də, Covid-19 pandemiyasının təsirilə məktəb icmasının hər bir üzvünün sosial və emosional ehtiyacları mühüm məsələyə çevrildi və bəlkə də, bu baxımdan məktəb direktorları adları ən az çəkilən, lakin ən çox təsirə məruz qalan şəxslər idilər. Sosial-Emosional Öyrənmə ilə bağlı digər bir mühüm məsələ bu gün Azərbaycan məktəblərində bullinqin bir problem kimi qəbul edilməsi və konfliktlərin həllinə vacib bir məqam kimi yanaşılmasıdır. Bu məqalənin başlıca mövzusu Azərbaycanda məktəb rəhbərlərinin Sosial-Emosional Kompetensiyaları (SEK) olacaq. Məqalədə həm ümumi məktəb səviyyəsində, həm də məktəb rəhbərlərinin sosial-emosional bacarıqları haqqında danışılsa da, əsas diqqət sonuncularda, yəni məktəb direktorlarında cəmlənmişdir. Araşdırmaya istiqamət verən tədqiqat sualı belədir: Azərbaycanda məktəb direktorlarının sosial-emosional liderlik kompetesiyalarına mədəniyyət faktoru necə təsir edir?

Description

Keywords

Culture, School leadership, Social-emotional competencies

Citation

Kazımzadə, E. (2023). Mədəniyyətin Təhsildə Sosial-Emosional Liderliyə Təsiri [Conference paper]. 6th ADA Edu Conference Proceedings: Rethinking the Enlightenment, Bakı, Azərbaycan. ADA Library Digital Repository: http://hdl.handle.net/20.500.12181/1080

Endorsement

Review

Supplemented By

Referenced By